SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Marketlərdə sentyabr ayı üçün təmizlik və gigiyena vasitələrinin qiyməti – İNFOQRAFİKA

Marketlərdə sentyabr ayı üçün təmizlik və gigiyena vasitələrinin qiyməti – İNFOQRAFİKA

Müasir dövrdə hər bir ailənin gündəlik xərclərin vacib hissəsini təmizlik və gigiyena vasitələri təşkil edir 

Yurd.Media ictimai marağı nəzərə alaraq iri marketlərdə bu kateqoriyadan məhsulların qiymətlərin araşdırmasını həyata keçirib.

Təqdim olunan infoqrafikada istehlakçılara daha sərfəli seçim imkanı yaratmaq üçün müxtəlif marketlərdə satılan eyni məhsullar üzrə qiymətlər göstərilir.

Marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə“Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.

Eyni zamanda bildirək ki, bir sıra populyar məhsullar bu holdinqlərə məxsus olan şirkətlər tərəfindən istehsal edilir. Müqayisə zamanı istehsalçının üstünlüyünün olmaması üçün araşdırmada həmin markaların digər analoqları seçilib.

Araşdırma nəticəsində məlum olub ki, seçilmiş məhsullar üzrə qiymətlərdə 30 %-dək fərq yaranır. Belə ki, bu məhsullar ən ucuz “Bravo”da - 103,64 manata, “Araz” və “Tamstore”də təxminən 16-17% baha , Bazarstore”də 25 % baha, ən baha isə “Rahat” marketdə - 133,07 manata başa gəlir. Müxtəlif məhsullara hər mağazada endirim aksiyaları da mövcuddur, bu səbəbdən də göründüyü kimi bəzi markalarda kəskin qiymət fərqi var.

Yurd.Media irəlidəki dövrdə endirimli məhsulların da ayrıca siyahısını tərtib edəcək.

Prime Leasing