SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Marketlərdə sentyabr ayı üçün tərəvəzlərin qiyməti - İNFOQRAFİKA

Marketlərdə sentyabr ayı üçün tərəvəzlərin qiyməti - İNFOQRAFİKA

  • 12 sentyabr 2025, 10:11

Azərbaycanda son dövrlərdə ərzaq məhsullarındakı qiymət dəyişiklikləri gündəmdə olsa da, tərəvəz məhsulları üzrə vəziyyət nisbətən sabitdir.

Yurd.Media-nın müxtəlif iri marketlərində apardığı müşahidələrə əsasən, pomidor, xiyar, kartof, soğan, kələm kimi gündəlik istifadə olunan tərəvəzlərin qiymətləri arasında ciddi fərq yoxdur. İnfoqrafika ilə təqdimatımızın əsas məqsədi bu məhsulların bazardakı orta qiymət səviyyəsini təqdim etməkdir.

Araşdırma nəticəsində məlum olub ki, seçilmiş tərəvəzləri ən ucuz “Tamstore”da, əh baha isə “Araz” marketdə almaq olar. Lakin nəzərə alınmalıdır ki, tərəvəzlər tez xarab olan məhsul olduğundan eyni məhsulun qiyməti marketdə hətta gün ərzində belə dəyişə bilər.

Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə“Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.

Yurd.Media daha əvvəl digər kateqoriyalar üzrə də sentyabr ayı üzrə marketlərdəki məhsulların müqayisəli qiymətini təqdim etmişdi:

- Marketlərdə sentyabr ayı üçün ərzaq məhsullarının qiyməti

- Marketlər şəbəkəsində uşaq qidaları və gigiyenik vasitələrinin qiyməti

- Marketlərdə sentyabr ayı üçün təmizlik və gigiyena vasitələrinin qiyməti

Prime Leasing