SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Marketlər şəbəkəsində uşaq qidaları və gigiyenik vasitələrinin qiyməti - İNFOQRAFİKA

Marketlər şəbəkəsində uşaq qidaları və gigiyenik vasitələrinin qiyməti - İNFOQRAFİKA

  • 08 sentyabr 2025, 16:04

Uşaqlar üçün məhsulların keyfiyyəti qədər, onların əlçatanlığı və qiymət stabilliyi də valideynlər üçün mühüm əhəmiyyət daşıyır.

Yurd.Media Azərbaycanda fəaliyyət göstərən iri mağaza şəbəkələrində uşaq gigiyenik vasitələri və qidalarının sentyabr ayı üçün qiymətlərini araşdırıb.

Təqdim olunan infoqrafikada istehlakçılara daha sərfəli seçim imkanı yaratmaq üçün müxtəlif marketlərdə satılan eyni məhsullar üzrə qiymətlər göstərilir.

Marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.

Eyni zamanda bildirək ki, bir sıra populyar məhsullar bu holdinqlərə məxsus olan şirkətlər tərəfindən istehsal edilir. Müqayisə zamanı istehsalçının üstünlüyünün olmaması üçün araşdırmada həmin markaların digər analoqları seçilib.

Uşaqlar üçün alınan 10 ən popular məhsulların ümumi qiyməti 78-91 manat arası dəyişir. Bu alış-veriş ən ucuz “Araz” marketdə (78,64 manat), ən baha “Rahat” marketdə (91,39 manat) başa gələcək.

Qeyd edək ki, Yurd.Media daha əvvəl ərzaq qiymətlərinin də infoqrafikasını təqdim etmişdi:
Marketlərdə sentyabr ayı üçün ərzaq məhsullarının qiyməti

Prime Leasing