Azərbaycanda əhalinin gündəlik büdcəsinə ciddi təsir göstərən sahələrdən biri də təmizlik və məişət gigiyenası vasitələrinin qiymətləridir.
Yurd.Media ölkənin aparıcı marketlər şəbəkələrində bu kateqoriya üzrə qiymətlərin müqayisəli təhlilini təqdim edir. İldə iki dəfə hazırlanan infoqrafikalarda təmizlik vasitələrinin 6 aylıq və illik qiymət dinamikası əks olunur.
Hazırkı infoqrafika “Bazarstore” marketlər şəbəkəsində təmizlik vasitələrinin mövcud qiymətlərini əhatə edir. Səbətə qab yuyan vasitələr, yuyucu tozlar, maye yuyucular, dezinfeksiyaedici məhsullar, şampunlar, sabunlar, salfetlər və digər gündəlik istifadə olunan təmizlik məhsullarının ən çox tələbat görən çeşidləri daxil edilib.
2025-ci ilin sentyabr ayında təqdim etdiyimiz qiymət cədvəli ilə müqayisədə “Bazarstore”də bu məhsullar üzrə orta hesabla 13 faizə yaxın qiymət artımı qeydə alınıb.


Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:
- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE
- "Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL
- “Rahat” marketlərdə ərzaq məhsullarının qiyməti - MÜQAYİSƏLİ CƏDVƏL
- "Tamstore"də ərzaq məhsullarında 10 faiz bahalaşma - CƏDVƏL
- “Araz” marketlərdə ərzaq məhsullarının qiyməti - CƏDVƏL
Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.