Ərzaq bazarında baş verən qiymət dəyişikliklərini oxuculara daha aydın şəkildə təqdim etmək üçün Yurd.Media növbəti monitorinqini həyata keçirib. Araşdırma ölkənin iri pərakəndə satış şəbəkələrindən biri olan “Rahat” marketlərində formalaşan qiymətlər əsasında hazırlanıb.
Təqdim olunan infoqrafikada gündəlik tələbatda olan əsas ərzaq məhsullarının hazırkı qiymətləri ilə altı ay əvvəlki göstəricilər müqayisəli şəkildə əks etdirilir.
Səbətdə şəkər, duz,çay, yumurta, ağartə məhsulları, yağlar, ət, un, makaron, dənli-paxlalı məhsulların ən geniş istifadə olunan çeşidləri seçilib. 2025-ci ilin sentyabr ayında təqdim etdiyimiz qiymət cədvəli ilə müqayisədə bu məhsulların qiymətində demək olar ki dəyişiklik qeydə alınmayıb.


Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:
- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE
- "Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL
Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.