SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bravoda təmizlik və gigiyena vasitələrinin qiymətində 22 faz ARTIM - CƏDVƏL

"Bravo"da təmizlik və gigiyena vasitələrinin qiymətində 22 faz ARTIM - CƏDVƏL

Təmizlik və məişət gigiyenası vasitələrinin qiymətlərindəki dəyişiklikləri izləmək məqsədilə Yurd.Media növbəti müqayisəli araşdırmasını ölkənin aparıcı market şəbəkələrindən biri olan "Bravo" marketlərindəki qiymətlər əsasında hazırlayıb.

Hazırkı infoqrafikaya qab yuyan vasitələr, yuyucu tozlar, maye yuyucular, dezinfeksiyaedici məhsullar, şampunlar, sabunlar, salfetlər və digər gündəlik istifadə olunan təmizlik məhsullarının ən çox tələbat görən çeşidləri üzrə qiymətlər daxil edilib.

2025-ci ilin sentyabr ayında təqdim etdiyimiz qiymət cədvəli ilə müqayisədə "Bravo" marketlər şəbəkəsində bu məhsullar üzrə orta hesabla 22 faizdən çox qiymət artımı qeydə alınıb.

Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:

Ərzaq məhsulları üzrə:

- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE

- "Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL

- “Rahat” marketlərdə ərzaq məhsullarının qiyməti - MÜQAYİSƏLİ CƏDVƏL

- "Tamstore"də ərzaq məhsullarında 10 faiz bahalaşma - CƏDVƏL

- “Araz” marketlərdə ərzaq məhsullarının qiyməti - CƏDVƏL

Təmizlik və gigiyena məhsulları üzrə:

- Təmizlik və gigiyena vasitələri: “Bazarstore”də 13 faizə yaxın bahalaşma - CƏDVƏL

Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları