Uşaqlı ailələrin gündəlik büdcəsinə ən çox təsir edən əsas amillərdən biri də uşaq qidaları və gigiyenik vasitələrin qiymətləridir.
Yurd.Media bu səbəbdən ölkənin aparıcı market şəbəkələrində bu kateqoriyadan olan məhsulların müqayisəli qiymət cədvəlini hazırlayıb. Hazırki infoqrafikada "Bazarstore" şəbəkəsindəki mağazalarda uşaq yeməkləri (sıyıq, peçenye), uşaqların gündəlik qulluğunda geniş istifadə olunan bez, sabun, şampun, yaş dəsmal, yuyucu toz, diş məcunu və fırçasının ən çox tələbat görən çeşidləri üzrə qiymətlər əks etdirilib.
Cədvəldən göründüyü kimi seçilən məhsullara "Bazarstore"də 2025-ci ilin sentyabrından ötən 6 ay ərzində 6 faizlik bahalaşma qeydə alınıb.

Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:
Ərzaq məhsulları üzrə:
- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE
- "Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL
- “Rahat” marketlərdə ərzaq məhsullarının qiyməti - MÜQAYİSƏLİ CƏDVƏL
- "Tamstore"də ərzaq məhsullarında 10 faiz bahalaşma - CƏDVƏL
- “Araz” marketlərdə ərzaq məhsullarının qiyməti - CƏDVƏL
Təmizlik və gigiyena məhsulları üzrə:
- Təmizlik və gigiyena vasitələri: “Bazarstore”də 13 faizə yaxın bahalaşma - CƏDVƏL
- "Bravo"da təmizlik və gigiyena vasitələrinin qiymətində 22 faz ARTIM - CƏDVƏL
- "Rahat" marketlər şəbəkəsində təmizlik və məişət gigiyenası vasitələrinin QİYMƏTİ - CƏDVƏL
- “Tamstore”də təmizlik və məişət gigiyenası vasitələri 19 faiz bahalaşıb - CƏDVƏL
- “Araz” marketlərdə təmizlik və gigiyenası vasitələrinin qiymət dinamikası - CƏDVƏL
Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.