Bakıda köhnə tikili daşınmaz əmlak bazarında bu il yanvarda müşahidə olunan nisbi canlanmadan sonra fevral ayında qiymət artımı daha ölçülü olub. Fevralda köhnə tikililərdə orta qiymət artımı təxminən 0,6% təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, mart ayında bazarda aktivliyin qismən artacağı gözlənilir:
"Yaz mövsümünün başlaması alıcı fəallığını artırır ki, bu da köhnə tikililərdə qiymətlərin orta hesabla 0,7% yüksəlməsinə səbəb ola bilər. Bu dövrdə də əsas aktivlik Səbail, Yasamal və Nəsimi rayonlarında cəmləşəcək".
Vüqar Orucun proqnozuna görə, 2026-cı ilin ilk rübündə (yanvar–mart) Bakı üzrə köhnə tikililərdə qiymət artımı ümumilikdə təxminən 2% səviyyəsində formalaşacaq. Mərkəzi rayonlarda artım daha yüksək, Nərimanov, Xətai, Nizami və Binəqədidə isə bazar yüksək likvidliklə sabit qalacaq. Suraxanı, Sabunçu, Qaradağ, Pirallahı və qismən Xəzər rayonlarında isə qiymət artımı daha mülayim olacaq.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı digər materialları:
- Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI