SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Neftçidə 9 nömrəli forma heç kimə verilməyəcək - FOTO

"Neftçi"də "9" nömrəli forma heç kimə verilməyəcək - FOTO

  • 23 fevral 2026, 23:09
Bakı

Artıq "Neftçi" futbol klubunda "9" nömrəli forma heç kimə verilməyəcək.

Yurd.Media xəbər verir ki, klub Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirdi.

"Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilib.

"O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, "Neftçi" adını yüksəklərə daşıdı. Bundan sonra da "Neftçi"nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq. Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış "Neftçi"yə, onun şanlı tarixinə, formasını geymiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları