“Kontakt Home”un sahibi məhkəmələrə üz tutdu: borclulara qarşı məhkəmə qərarları
“ABC Telecom” borca görə yenidən məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” müştərisinə qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldırıb.
Belə ki, mağazadan “Oppo A 78” markalı telefon, qızıl zəmanət ultra 2 il xidmətini kreditlə alan Ruslan Abdullayev adlı müştəri 372 manat borclu qalıb. Buna görə “Kontakt Home” 372 manat əsas, 37 manat cərimə olmaqla cəmi 409,13 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib.
Bundan başqa, “Xiaomi Redmi Note 14” markalı telefon, qızıl zəmanət ultra 1 il xidmətini kreditlə alan Nuranə Quliyevadan 488 manat əsas, 49 manat cərimə - cəmi 537 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilib.
“ABC Telecom” bundan əlavə, ayrı-ayrı vaxtlarda üç ədəd mobil telefon alan Gülarə Hüseynovaya qarşı da iddia qaldıraraq ümumilikdə 1620 manat borc və 36 manat ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə çıxarılması xahiş edilib.
Fərid İbadov adlı müştəriyə isə İphone 14 plus, apple adapter, paket Apple xidmətinə görə 862 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması istənilib.
Ağdam rayonundan olan daha bir müştəri Nizami Sadıqov isə “İphone 15” markalı telefon alandan sonra 2542 manat borc qaldığı üçün məhkəməyə düşüb.