“Göktürk Elektromekanik” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək qanunvericiliyinin pozuntusu aşkar edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi xidməti tərəfindən “Göktürk Elektromekanik” MMC ilə işçi arasında əmək müqaviləsi bağlandıqdan 4 gün sonra sığorta müqaviləsi bağlanması faktı aşkar olunub.
Beləcə, rəsmi sənədlərə görə, işçinin bədbəxt hadisələrdən sığortalanmadan istehsala buraxılması faktı müəyyən edilib.
“Göktürk Elektromekanik” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Göktürk Elektromekanik” MMC 5 min manat, MMC-nin rəhbəri isə 1500 manat cərimə edilib.
Qeyd edək ki, havalandırma, isitmə, soyutma (HVAC) və mexaniki quraşdırma sahəsində fəaliyyət göstərən “Göktürk Elektromekanik” 2023-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 50 min manat, direktoru Haydar Gokdur