“NRservis” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “NRservis” MMC-yə sorğu göndərilib.
Məlum olub ki, “NRservis” MMC-nin mülkiyyətində olan “Opel Astra” markalı nəqliyyat vasitəsini idarə edən şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair sorğu verilib.
Şirkət tərəfindən 2026-cı il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə təqdim edilməyib.
Buna görə də “NRservis” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Nrservis” MMC 300 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, avtomatik qapıların, giriş və nəzarət sistemlərinin satışı, yığılması, quraşdırılması və servisi ilə məşğul olan “NRservis”in direktoru Nəriman Əliyevdir. Şirkətin dövlət qarşısında 58 min manat vergi borcu yaranıb.