Azərbaycan əsaslı tikinti, mühəndis və konsaltinq sahəsində fəaliyyət göstərən “Colosium Engineering Consulting Company” MMC borca düşüb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24 805 manat vergi borcu yaranıb.
Qanunvericiliyə görə, vergi borcu olan şirkətin dövlət satınalmaları zamanı keçirilən müsabiqələrdə iştirakı yolverilməzdir. Amma buna baxmayaraq, şirkət bu gün Gənclər və İdman Nazirliyinin elan etdiyi nəhəng tenderin qalibi olub.
Belə ki, “Colosium Engineering Consulting Company” Nazirliyin sifarişi ilə 13,5 milyon manata "Bakı Kristal Zalı" binasının fasad örtüyünün və tac şəkilli metal konstruksiyasının əsaslı təmir işləri həyata keçirəcək.
Qeyd edək ki, “Colosium Engineering Consulting Company” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mənsur Qinyaz oğlu Hüseynovdur.