Yanacaqdoldurma məntəqələri, ticarət və yükdaşıma sahələrində fəaliyyət göstərən “Luxoil Company” MMC-nin dövlətə borcu artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 2,35 milyon manat təşkil edir. Belə ki, noyabr ayı ərzində şirkətin vergi borcu 667 min manat və ya 40% artıb.
2020-ci ildə Tovuz rayonunda qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 20 manatdır. Qanuni təmsilçisi Elvin Qasımovdur. Əvvəllər şirkətə Hidayət Qasımov rəhbərlik edib.
“Luxoil Company” MMC bu il Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınmasını həyata keçirib. Bunun üçün şirkətə 2,5 milyon manatlıq ödəniş olunub.