Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən "MMK-014" MMC-ni cərimələdi.
AMB-dən Yurd.Media-ya bildirilib ki, "MMK-014" MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın tələblərinin pozulması aşkarlanıb.
Odur ki, şirkətin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat cərimə edilib.
Qeyd edək ki, 600 min manat nizamnamə kapitalı ilə 2 il əvvəl qeydiyyatdan keçmiş "MMK-014" MMC direktoru Tural Mikayılovdur.