SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bir Kredit BOKT-a 2 milyon manat pul lazımdır

"Bir Kredit" BOKT-a 2 milyon manat pul lazımdır

  • 19 oktyabr 2026, 12:04

"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2 milyon manatlıq istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, BOKT bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.

Məlumatda deyilir ki, nominal dəyəri 100 manatdan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazın qiymətli kağızlar qapalı üsulla yerləşdirilməsi nəzərdə tutulur.

İstiqrazlar 1 il tədavüldə olacaq. Onlara illik 11,5% gəlirlilik vəd olunur. Faizlər müddətin sonunda ödəniləcək.

Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Skat.az - Ev və Avtomobil elanları