SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı

Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı

  • 19 oktyabr 2026, 09:41
Şəmkir

“Cash Finance” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Şəmkir rayonunda bir neçə müştərisinə qarşı iddia qaldırıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nümayəndəsi bununla bağlı Şəmkir Rayon Məhkəməsinə müraciət edib. Belə ki,

📂Müştərisi ilə 2026-cı ildə nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 600 manat əsas borc və 80 manat cərimə borcu olmaqla, ümumilikdə 680 manat borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş edib. 

Məhkəmə iddia tələbini qismən təmin edib və cərimə borcunu 10 manat saxlamaqla ümumilikdə 610 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq “Cash Finance” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb. 

📂 Digər müştəri ilə bu il bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 267 manat əsas borc və 76 manat cərimə borcu olmaqla, ümumilikdə 342 manat borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını istəyib. 

Məhkəmə bu iddia tələbin isə cərimə borcunu 13 manata endirib, digər tələbləri saxlayıb. 

📂Daha bir müqavilə üzrə yaranmış 640 manat əsas borc və 124 manat cərimə borcu olmaqla, ümumilikdə 764,46 manat borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə xahişini məhkəmə qismən təmin edərək cərimə borcunu 31 manata salıb. 

📂Həmçinin digər müştəridən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 308 manat əsas borc və 56 manat cərimə borcu olmaqla, ümumilikdə 364 manat borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilib. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edərək nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 308 manat əsas, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 323 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq “Cash Finance” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb. 

📂Bundan əlavə “Cash Finance” MMC növbəti müştərisinə qarşı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1289 manat əsas borc və 312 manat cərimə borcu olmaqla, ümumilikdə 1601 manat borcun, habelə 36 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edib və cərimə borcunu 64 manata salıb. 

📂 MMC digər müştərisindən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 480 manat əsas borc və 241 manat cərimə borcu olmaqla, ümumilikdə 721 manat borcun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun tutulması istənilib. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edərək cavabdehdən 10 manat cərimə borcu olmaqla, ümumilikdə 490 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq “Cash Finance” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılıb.

Skat.az - Ev və Avtomobil elanları