Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin öhdəlikləri 2,2 milyard manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 12 020,3 milyon manat), “Kapital Bank” (10 508,3 milyon manat), “PAŞA Bank” (8 088,3 milyon manat), “Xalq Bank” (2 470 milyon manat) və “Bank Respublika” (2 388,7 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 7-də öhdəlikləri 1-2,2 milyard manat, 8 bankda 0,1-1 milyard manat, 1 bankda isə 0,1 milyard manatdan az olub.
Son 1 ildə 21 bankdan 6-nın öhdəlikləri azalıb. Bunlar, ABB, “Xalq Bank”, "Premium Bank”, “Kapital Bank”, “Bank VTB Azərbaycan” (VTB) və İran Milli Bankının Bakı filialıdır. Ən çox azalma VTB-də (13%), ən az azalma isə ABB-də (1,5%) qeydə alınıb.
15 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (83,1%), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (2,8%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI
- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI
- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL