Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin depozit portfeli 1,5 milyard manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 9 009,7 milyon manat), “Kapital Bank” (8 495,2 milyon manat), “PAŞA Bank” (6 910,7 milyon manat), “Xalq Bank” (1 893,8 milyon manat) və “Azər-Türk Bank” (1 563,35 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 4-də depozit portfeli 1-1,5 milyard manat, 10 bankda 0,1-1 milyard manat, 2 bankda isə 0,1 milyard manatdan az olub.
Ötən dövrdə 21 bankdan 5-nin depozit portfeli azalıb. Bunlar, “Bank Respublika”, “Kapital Bank”, “Premium Bank”, ABB və “Bank VTB Azərbaycan” (VTB) ASC-lərdir. Ən çox azalma VTB-də (15,4%), ən az azalma isə “Bank Respublika”da (4,8%) qeydə alınıb.
16 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (2,1 dəfə), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (2%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI
- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI
- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL
- Azərbaycanda 18 bankın problemli kreditləri artıb
- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL