Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 6-nın xüsusi ehtiyatlara ayırmaları 3,5 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 31,4 milyon manat), “Kapital Bank” (16 milyon manat), “PAŞA Bank” (6,8 milyon manat), “Turan Bank” (4,1 milyon manat), “Ziraat Bank Azərbaycan” (3,7 milyon manat) ASC-lər, “Access Bank” (3,7 milyon manat) QSC-dir.
Qalan 15 bankdan 8-də xüsusi ehtiyatlara ayırmalar 1-3,5 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan az olub. 3 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb, başqa sözlə qənaət edib.
Ötən dövrdə 21 bankdan 5-nin xüsusi ehtiyatlara ayırmaları artıb. Ən yüksək dinamika “Bank Avrasiya” ASC-də (21,6 dəfə), ən aşağı dinamika isə “PAŞA Bank”da (16,6%) baş verib.
10 bankın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma “Unibank” ASC-də (71,3%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan” QSC-də (1,4%) qeydə alınıb.
1 bank – İran Milli Bankının Bakı filialı xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti artırıb – 6,9%. 3 bank – “Bank VTB Azərbaycan”, “Bank of Baku” və “Yelo Bank” ASC-lər xüsusi ehtiyatlara qənaətdən ayırmalara keçib, 1 bank – “Xalq Bank” isə xüsusi ehtiyatlara ayırmalardan qənaətə keçib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI
- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI
- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL
- Azərbaycanda 18 bankın problemli kreditləri artıb
- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL
- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL
- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb
- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL
- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI
- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL
- “PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL
- “PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL
- “Kapital Bank” və “Premium Bank” faiz ödənişlərini azaldır - CƏDVƏL
- “Xalq Bank”ın əməliyyat mənfəətində milyonlarla manat GERİLƏMƏ - CƏDVƏL