Bu il aprelin 1-nə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin balans kapitalı 250 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (2 290,35 milyon manat), “Kapital Bank” (1 292,7 milyon manat), “PAŞA Bank” (959,7 milyon manat), “Xalq Bank” (550,75 milyon manat) və “Bank Respublika” (251,2 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 13-nün balans kapitalı 100-250 milyon manat arasında, 3-nün balans kapitalı isə 100 milyon manatdan azdır.
Son 1 ildə 2 bankın – “AFB Bank” və “Express Bank” ASC-lərin balans kapitalı azalıb. Müvafiq olaraq 0,6% və 6,7%.
Qalan 19 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Access Bank” QSC-də (28,5%), ən aşağı dinamika isə “PAŞA Bank”da (0,2%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI
- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI
- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL
- Azərbaycanda 18 bankın problemli kreditləri artıb
- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL