SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL

“PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL

  • 06 may 2026, 14:28

Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin qeyri-faiz gəlirləri 11 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (163,2 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 135,05 milyon manat), “PAŞA Bank” (57,1 milyon manat), “Unibank” (35,6 milyon manat) və “Rabitəbank” (11,1 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 12-nin qeyri-faiz gəlirləri 10-11 milyon manat arasında, 13-nün qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 1-nin qeyri-faiz gəlirləri isə 1 milyon manatdan azdır.

1 bank – İran Milli Bankının Bakı filialı qeyri-faiz zərəri ilə üzləşib.

Son 1 ildə 6 bankın qeyri-faiz gəlirləri azalıb. Bunlar, “Xalq Bank”, “Bank Respublika”, “Bank VTB Azərbaycan”, “Yelo Bank” və “PAŞA Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir. Ən çox azalma “PAŞA Bank”da (37,6%), ən az azalma isə “Yapı Kredi Bank Azərbaycan”da (5,1%) qeydə alınıb.

İran bankı qeyri-faiz gəlirlərindən qeyri-faiz zərərinə keçdiyi üçün onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 14 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika ABB-də (74,4%), ən aşağı dinamika isə “Express Bank” ASC-də (1,2%) baş verib.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

- Azərbaycanda 18 bankın problemli kreditləri artıb

- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL

- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb

- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL

- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI

- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları