Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin əməliyyat gəlirləri 75 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (471,9 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (430,1 milyon manat), “PAŞA Bank” (201,2 milyon manat), “Unibank” (105,2 milyon manat) və “Bank Respublika” (86,75 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 14-nün əməliyyat gəlirləri 10-75 milyon manat arasında, 2-nin əməliyyat gəlirləri isə 10 milyon manatdan azdır.
Son 1 ildə 3 bankın – “PAŞA Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin, eləcə də İran Milli Bankının Bakı filialının əməliyyat gəlirləri azalıb - müvafiq olaraq 5,9%, 10,4% və 10,7%.
Qalan 18 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (71,2%), ən aşağı dinamika isə “Xalq Bank”da (3,6%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI
- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI
- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL
- Azərbaycanda 18 bankın problemli kreditləri artıb
- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL
- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL