SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

  • 05 may 2026, 09:02

Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin faiz gəlirləri 69,5 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (308,7 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (295,1 milyon manat), “PAŞA Bank” (144,1 milyon manat), “Bank Respublika” (79 milyon manat) və “Unibank” (69,6 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 12-nin faiz gəlirləri 10-69,5 milyon manat arasında, 4-nün faiz gəlirləri isə 10 milyon manatdan azdır.

Son 1 ildə 2 bankın – İran Milli Bankının Bakı filialının və “Bank VTB Azərbaycan” ASC-nin faiz gəlirləri azalıb. Müvafiq olaraq 2,1% və 3,6%.

Qalan 19 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (93,1%), ən aşağı dinamika isə “Xalq Bank”da (5,9%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

- Azərbaycanda 18 bankın problemli kreditləri artıb

- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL

- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb

- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL

- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları