SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Kapital Bank” və “Premium Bank” faiz ödənişlərini azaldır - CƏDVƏL

“Kapital Bank” və “Premium Bank” faiz ödənişlərini azaldır - CƏDVƏL

  • 08 may 2026, 12:27

Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin faiz xərcləri 29 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 107,1 milyon manat), “Kapital Bank” (80,8 milyon manat), “PAŞA Bank” (53,3 milyon manat), “Bank Respublika” (31,8 milyon manat) və “Unibank” (29,9 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 8-nin faiz xərcləri 10-29 milyon manat arasında, 8-nin faiz xərcləri isə 10 milyon manatdan azdır.

Son 1 ildə 2 bankın - “Premium Bank” və “Kapital Bank” ASC-lərin faiz xərcləri azalıb. Müvafiq olaraq, 0,3% və 10,4%.

1 bankın – İran Milli Bankının Bakı filialının son 1 ildə faiz xərcləri olmayıb, odur ki, onun bu göstəricisinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 18 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (3,7 dəfə), ən aşağı dinamika isə “Azər-Türk Bank” ASC-də (9,9%) baş verib.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

- Azərbaycanda 18 bankın problemli kreditləri artıb

- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL

- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb

- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL

- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI

- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

- “PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL

- “PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları