SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL

“PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL

  • 07 may 2026, 15:08

Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin əməliyyat xərcləri 11 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Kapital Bank” (309 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 265,9 milyon manat), “PAŞA Bank” (132 milyon manat), “Unibank” (92,8 milyon manat) və “Bank Respublika” (64,4 milyon manat) ASC-lərdir.

Qalan 16 bankdan 14-nün əməliyyat xərcləri 10-60 milyon manat arasında, 2-nin əməliyyat xərcləri isə 10 milyon manatdan azdır.

Son 1 ildə 2 bankın - “Bank VTB Azərbaycan” və “PAŞA Bank” ASC-lərin əməliyyat xərcləri azalıb. Müvafiq olaraq, 7,8% və 13%.

Qalan 19 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “AFB Bank” ASC-də (94%), ən aşağı dinamika isə “Kapital Bank” ASC-də (2,9%) baş verib.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

- Azərbaycanda 18 bankın problemli kreditləri artıb

- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL

- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb

- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL

- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI

- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

- “PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları