SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Xalq Bank”ın əməliyyat mənfəətində milyonlarla manat GERİLƏMƏ - CƏDVƏL

“Xalq Bank”ın əməliyyat mənfəətində milyonlarla manat GERİLƏMƏ - CƏDVƏL

  • 13 may 2026, 10:56

Bu ilin I rübündə, bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş “Bank BTB” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 21 bankdan 5-nin əməliyyat mənfəəti 15 milyon manatdan çox olub.

Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB, 164,25 milyon manat), “Kapital Bank” (162,8 milyon manat), “PAŞA Bank” (69,2 milyon manat), “Bank Respublika” (22,4 milyon manat) ASC-lər, “Access Bank” (19,9 milyon manat) QSC-dir.

Qalan 16 bankdan 5-nin əməliyyat mənfəəti 10-15 milyon manat arasında, 9-nun əməliyyat mənfəəti 1-10 milyon manat arasında, 2-nin əməliyyat mənfəəti isə 1 milyon manatdan azdır.

Bu ilin ilk 3 ayında 9 bankın əməliyyat mənfəəti azalıb. Bunlar, “Rabitəbank”, “Azərbaycan Sənaye Bankı”, “Unibank”, “Bank Avrasiya”, “Bank VTB Azərbaycan”, “Xalq Bank” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC və İran Milli Bankının Bakı filialıdır. Ötən dövrdə ən böyükhəcmli azalma “Xalq Bank”da qeydə alınıb - 8 milyon manat.  

Qalan 12 bankın isə əməliyyat mənfəəti artıb. Ən yüksək dinamika “Ziraat Bank Azərbaycan” ASC-də (73,5%), ən aşağı dinamika isə “Turan Bank” ASC-də (0,9%) baş verib.

Yurd.Media-nın bankların 2026-cı ilin I rübünün göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Aparıcı bankların aktivlərində AZALMA - SİYAHI

- Qiymətli kağızlara investisiyaları artıran banklar - SİYAHI

- “PAŞA Bank” və “Xalq Bank”dan başqa hamının kredit portfeli artıb - CƏDVƏL

- Azərbaycanda 18 bankın problemli kreditləri artıb

- Milyardlıq öhdəliklər: Hansı banklar nə qədər risk altındadır? - CƏDVƏL

- Depozit portfeli artan və azalan BANKLAR - CƏDVƏL

- “Kapital Bank” AMB-yə borcunu 12%-ə yaxın azaldıb

- Balans kapitalı artan və azalan BANKLAR - CƏDVƏL

- “PAŞA Bank” və daha iki xırda bankın əməliyyat gəlirləri AZALDI

- Faizlərdən ən çox qazanan banklar - CƏDVƏL

- “PAŞA Bank” qeyri-faiz gəlirləri ən çox azalan, ABB isə ən çox artan bankdır - CƏDVƏL

- “PAŞA Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların əməliyyat xərcləri artıb - CƏDVƏL

- “Kapital Bank” və “Premium Bank” faiz ödənişlərini azaldır - CƏDVƏL

- “PAŞA Bank”, “Yelo Bank” və “Bank VTB Azərbaycan”dan başqa bütün bankların qeyri-faiz xərcləri artıb - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları