Yurd.Media-nın “O banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Zıraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin (İH) sədri Səlcuq Dəmirdir.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
S.Dəmirə gəlincə isə o, Türkiyənin dövlət bankının Azərbaycandakı törəməsinə 2021-ci ilin iyun ayından rəhbərlik edir, bank sektorunda təxminən 23 illik iş təcrübəsinə malikdir. Bunun 17 ili indiki iş yerinin payına düşüb.
S.Dəmirin dövründə “Zıraat Bank Azərbaycan”ın aktivləri 3 dəfəyə yaxın artıb. Əgər 2021-ci ilin yekununda Bank 386,85 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2022-ci ilin yekununda 527,7 milyon manat, 2023-cü ilin yekununda 633,3 milyon manat, 2024-cü ilin yekununda 920,3 milyon manat, bu il iyulun 1-nə isə 1 068,5 milyon manat təşkil edib.
Bu illər ərzində “Zıraat Bank Azərbaycan”ın xalis mənfəəti də artıb. Bank 2021-ci ildə 6,5 milyon manat, 2022-ci ildə 7,6 milyon manat, 2023-cü ildə 7,85 milyon manat, 2024-cü ildə 14,15 milyon manat, bu ilin I yarısında isə 10,1 milyon manat xalis mənfəət əldə edib.
S.Dəmirin dövründə “Zıraat Bank Azərbaycan”ın filiallarının sayı isə təxminən 2 dəfə artıb. 2021-ci ilin yekununda 6 filiala malik olan Bank bu rəqəmi 2022-ci ilin yekununda 7-yə, 2023-cü ilin yekununda 8-ə, 2024-cü ilin yekununda 10-a, bu il iyulun 1-nə isə 11-ə çatdırıb.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...
- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...
- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...
- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...
- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...
- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...
- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...
- İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...
- Mehman Məmmədov “Express Bank”a sədr gələndən sonra...
- Fərid Hüseynov “Kapital Bank”a sədr gələndən sonra...
- Anar Həsənov “Yelo Bank”a sədr gələndən sonra...
- Cavid Quliyev “PAŞA Bank”a sədr gələndən sonra...
- Aydın Hüseynov “Rabitəbank”a sədr gələndən sonra...