SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
David Tsiklauri “Access Bank”a sədr gələndən sonra ...

David Tsiklauri “Access Bank”a sədr gələndən sonra ...

Yurd.Media bu gündən “O, banka sədr gələndən sonra...” adlı yeni layihəyə başlayır. Layihənin məqsədi Azərbaycandakı bankların İdarə Heyətinə (İH) sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

Layihənin ilk qonağı “Access Bank” QSC-nin İH-nin sədri, milliyyətcə gürcü David Tsiklauridir.

O, səhmdarları ancaq xarici investorlardan ibarət olan Azərbaycan bankına 2021-ci ilin noyabr ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 20 illik iş təcrübəsinə malikdir.

D.Tsiklaurinin dövründə “Access Bank”ın aktivləri təxminən 80% artıb. Əgər 2021-ci ilin yekununda Bank 888,6 milyon manatlıq aktivlərə malik olubsa, 2022-ci ilin yekununda bu rəqəm 1 127,6 milyon manat, 2023-cü ilin yekununda 1 398,6 milyon manat, 2024-cü ilin yekununda 1 497,25 milyon manat, bu il iyulun 1-nə isə 1 601,9 milyon manat təşkil edib.

Bu illər ərzində “Access Bank”ın xalis mənfəətində də artım olub. Belə ki, Bank 2021-ci ildə cəmi 4,3 milyon manat mənfəət əldə etdiyi halda, 2022-ci ildə bu rəqəm 20,5 milyon manat, 2023-cü ildə 43 milyon manat, 2024-cü iıdə 43,3 milyon manat, bu ilin yarısında isə 20,9 milyon manat təşkil edib.

D.Tsiklaurinin dövründə “Access Bank”ın filiallarının sayı da artıb. Bank hər il azı 2 filial açıb. 2021-ci ilin yekununda filialların sayı 29 olduğu halda, 2022-ci ilin yekununda 31, 2023-cü ilin yekununda 33, 2024-cü ilin yekununda 36, bu il iyulun 1-nə isə 37 olub.

Prime Leasing