Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Azər-Türk Bank” ASC-nin (ATB) İdarə Heyətinin (İH) sədri Orxan Hüseynovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
O.Hüseynova gəlincə, o, bir qədər əvvəl əsas səhmdarı Dövlət Neft Şirkəti (SOCAR) olmuş Azərbaycan bankına 2017-ci ilin iyun ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 18 illik iş təcrübəsinə malikdir.
O, 2010-14-cü illərdə ləğv prosesində olan “Texnika Bank” ASC-nin, 2014-16-cı illərdə isə ləğv prosesində olan “Bank Standard” QSC-nin İH-nin üzvü olub, 2016-cı ildən isə ATB-nin komandasına qoşulub, 1 il sədr sədr vəzifəsini müvəqqəti icra edib, daha sonra isə bu posta təsdiqlənib.
O. Hüseynovun dövründə ATB-nin aktivləri həm artıb, həm azalıb, ümumilikdə isə 5,8 dəfə artım nümayiş etdirib. Əgər 2017-ci ilin yekununda Bank 330,2 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2018-ci ilin yekununda 366,9 milyon manat, 2019-cu ilin yekununda 345,6 milyon manat, 2020-ci ilin yekununda 349,8 milyon manat, 2021-ci ilin yekununda 410,3 milyon manat, 2022-ci ilin yekununda 966 milyon manat, 2023-cü ilin yekununda 969,7 milyon manat, 2024-cü ilin yekununda 2 071,2 milyon manat, bu il iyulun 1-nə isə 1 918,4 milyon manat təşkil edib.
Bu illər ərzində ATB-nin mənfəətində də həm artım, həm də azalma olub. Belə ki, Bank 2017-ci ili 0,9 milyon manat, 2018-ci ili 2,1 milyon manat, 2019-cu ili 0,4 milyon manat, 2020-ci ili 0,1 milyon manat, 2021-ci ili 0,6 milyon manat, 2022-ci ili 12,1 milyon manat, 2023-cü ili 15,7 milyon manat, 2024-cü ili 21,4 milyon manat, bu ilin I yarısını isə 6,9 milyon manat xalis mənfəətlə başa vurub.
O.Hüseynovun dövründə ATB-nin filiallarının sayında 2 dəfədən çox artım olub. Belə ki, 2017-18-19-cu illərin yekununda 6 filiala malik olan Bank 2020-21-ci illərin yekununda bu rəqəmi 7, 2022-ci ilin yekununda 13, 2023-cü ilin yekununda 12, 2024-cü ilin yekununda 14, bu il iyulun 1-nə isə 16 edib.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra ...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...