Yurd.Media-nın “O, banka sədr gələndən sonra ...” adlı layihəsinin növbəti qonağı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədri Abbas İbrahimovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
A.İbrahimova gəlincə, o, səhmdarı əsasən Maliyyə Nazirliyi olan Azərbaycan bankına 2018-ci ilin dekabr ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 20 illik iş təcrübəsinə malikdir. Bunun da 12 ili “Bank of Baku” ASC-nin payına düşüb.
A.İbrahimovun dövründə ABB-nin aktivləri təxminən 70% artıb. Əgər 2018-ci ilin yekununda Bank 8 274,25 milyon manatlıq aktivlərə malik olubda, bu rəqəm 2019-cu ilin yekununda 9 341,75 milyon manat, 2020-ci ilin yekununda 9 204,8 milyon manat, 2021-ci ilin yekununda 11 753,3 milyon manat, 2022-ci ilin yekununda 14 177,6 milyon manat, 2023-cü ilin yekununda 13 929,3 milyon manat, 2024-cü ilin yekununda 14 143,9 milyon manat, bu il iyulun 1-nə isə 14 047 milyon manat təşkil edib.
Bu illər ərzində ABB-nin mənfəətində isə həm artım, həm də azalma olub. Belə ki, Bank 2018-ci ili 298,7 milyon manat, 2019-cu ili 215,7 milyon manat, 2020-ci ili 179 milyon manat, 2021-ci ili 139,6 milyon manat, 2022-ci ili 288,8 milyon manat, 2023-cü ili 380,9 milyon manat, 2024-cü ili 360,1 milyon manat, bu ilin I yarısını isə 155,5 milyon manat xalis mənfəətlə başa vurub.
A.İbrahimovun dövründə ABB-nin filiallarının sayı 2 dəfədən çox artıb. Belə ki, 2018-2020-ci illərin yekununda 36 filiala malik olan Bank 2021-ci ilin yekununda bu rəqəmi 59-a, 2022-ci ilin yekununda 64-ə, 2023-cü ilin yekunda 69-a, 2024-cü ilin yekununda 73-ə, bu il iyulun 1-nə isə 74-ə çatdırıb.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra ...” layihəsi çərçivəsində: