Yurd.Media-nın “O banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin (İH) sədri Kənan Orucovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
K.Orucova gəlincə, o, “Azərsun Holdinq” MMC-yə daxil olan Azərbaycan bankına 2020-ci ilin iyun ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 35 illik iş təcrübəsinə malikdir. Bunun da 25 ili “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin payına düşüb.
K.Orucovun dövründə ASB-nin aktivləri təxminən 10% azalıb. Əgər 2020-ci ilin yekununda Bank 904 milyon manatlıq aktivlərə malik olubda, bu rəqəm 2021-ci ilin yekununda 812,6 milyon manat, 2022-ci ilin yekununda 741,45 milyon manat, 2023-cü ilin yekununda 742,9 milyon manat, 2024-cü ilin yekununda 772,8 milyon manat, bu il iyulun 1-nə isə 814,8 milyon manat təşkil edib.
Bu illər ərzində ASB-nin mənfəətində isə həm artım, həm də azalma olub. Belə ki, Bank 2020-ci ili 5,1 milyon manat, 2021-ci ili 2,2 milyon manat, 2022-ci ili 5,1 milyon manat, 2023-cü ili 5,1 milyon manat, 2024-cü ili 6,5 milyon manat, bu ilin I yarısını isə 2,9 milyon manat xalis mənfəətlə başa vurub.
K.Orucovun dövründə ASB-nin filiallarının sayında elə bir dəyişiklik olmayıb. Bank hazırda 6 filialla müştərilərinə xidmət göstərir.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra ...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...