Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Premium Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Kamil Lətifovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
K.Lətifova gəlincə, o, əsas səhmdarı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov olan Azərbaycan bankına 2024-cu ilin yanvar ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 18 illik iş təcrübəsinə malikdir. Bunun 4 ili indiki iş yerinin payına düşüb, o həmçinin “Kapital Bank” və “Bank of Baku” ASC-lərdə də çalışıb.
K.Lətifovun dövründə “Premium Bank”ın aktivləri cüzi artıb. Əgər ötən il iyulun 1-nə Bank 647,3 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm bu il iyulun 1-nə 648,2 milyon manat təşkil edib.
Son 1 ildə “Premium Bank”ın xalis mənfəəti isə təxminən 11% artıb. Ötən ilin I yarısını 5,7 milyon manat mənfəətlə başa vurmuş Bank bu ilin I yarısından 6,3 milyon manat mənfəətlə çıxıb.
K.Lətifovun dövründə “Premium Bank”ın filiallarının sayı isə dəyişməyərək 6 qalıb.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...
- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...
- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...
- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...
- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...
- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...