SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Bank Respublika” ASC-nin İdarə Heyətinin (İH) sədri Tariyel İsmayılovdur.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

T.İsmayılova gəlincə, o, Quliyevlər ailəsinə məxsus Azərbaycan bankına 2019-cu ilin aprel ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 21 illik iş təcrübəsinə malikdir. Bunun 15 ili “Access Bank” QSC-nin payına düşüb.

T.İsmayılovun dövründə “Bank Respublika”nın aktivləri əsasən artıb və ümumilikdə 2 dəfə yüksəliş nümayiş etdirir. Əgər 2019-cu ilin yekununda Bank 1 336,1 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2020-ci ilin yekununda 954,5 milyon manat, 2021-ci ilin yekununda 1 141 milyon manat, 2022-ci ilin yekununda 1 464,95 milyon manat, 2023-cü ilin yekununda 2 034,7 milyon manat, 2024-cü ilin 2 130,7 milyon manat, bu il iyulun 1-nə isə 2 658,4 milyon manat təşkil edib.

Bu illər ərzində “Bank Respublika”nın xalis mənfəəti də əsasən artıb. Bank 2019-cu ili 22,5 milyon manat, 2020-ci ili 7 milyon manat, 2021-ci ili 9,1 milyon manat, 2022-ci ili 24 milyon manat, 2023-cü ili 38,8 milyon manat, 2024-cü ili 51,4 milyon manat, bu ilin I yarısını isə 27,9 milyon manat mənfəətlə başa vurub.

T.İsmayılovun dövründə “Bank Respublika”nın filiallarının sayı isə 50%-dən çox artıb. 2019-2020-ci illərin yekununda 24 filiala malik olan Bank 2021-ci ilin yekununda bu rəqəmi 25-ə, 2022-ci ilin yekununda 31-ə, 2023-cü ilin yekununda 33-ə, 2024-cü ilin yekununda 35-ə, bu il iyulun 1-nə isə 38-ə çatdırıb.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...

Prime Leasing