Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı yeni layihəsinin növbəti qonağı “Bank BTB” ASC-nin İdarə Heyətinin (İH) sədr əvəzi Eldəniz Hüseynovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
E.Hüseynova gəlincə, o, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə bağlı, əsas səhmdarı akademikin gəlini olan Azərbaycan bankına 2023-cü ilin mart ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 15 illik iş təcrübəsinə malikdir. Bunun da hamsı “Bank BTB”nin payına düşüb.
E.Hüseynovun dövründə “Bank BTB”nin aktivləri demək olar ki, “yerində sayıb”. Əgər 2023-cü ilin yekununda Bank 361,7 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda 357 milyon manat, bu il iyulun 1-nə isə 364,2 milyon manat təşkil edib.
Bu illər ərzində “Bank BTB”nin mənfəəti olmayıb. Bank 2023-cü ili 6,1 milyon manat, 2024-cü ili 0,2 milyon manat, bu ilin I yarısını isə 1,7 milyon manat zərərlə başa vurub.
E.Hüseynovun dövründə “Bank BTB”nin filiallarının sayı isə 7-dən 6-ya düşüb.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...
- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...