Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı yeni layihəsinin növbəti qonağı “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin (İH) sədri Rüfət Kərimovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
R.Kərimova gəlincə, o, səhmdarları 3 hüquqi şəxs olan Azərbaycan bankına 2015-ci ilin mart ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 33 illik iş təcrübəsinə malikdir. O, “Bank Avrasiya”ya gəlməzdən əvvəl “AZAL Bank” (indiki “Premium Bank”), “Bank of Baku”, “Most-Bank Azərbaycan” (indiki ləğv prosesində olan “Bank Standard”) və “Xalq Bank”da müxtəlif rəhbər vəzifələrdə çalışıb.
R.Kərimovun dövründə “Bank Avrasiya”nın aktivləri həm artıb, həm azalıb, ümumilikdə isə təxminən 50% artım nümayiş etdirib. Əgər 2015-ci ilin yekununda Bank 130,6 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2016-cı ilin yekununda 151,25 milyon manat, 2017-ci ilin yekununda 155,1 milyon manat, 2018-ci ilin yekununda 168,8 milyon manat, 2019-cu ilin yekununda 101,25 milyon manat, 2020-ci ilin yekununda 159,1 milyon manat, 2021-ci ilin yekununda 168,4 milyon manat, 2022-ci ilin yekununda 224,6 milyon manat, 2023-cü ilin yekununda 182,7 milyon manat, 2024-cü ilin yekununda 198,5 milyon manat, bu il iyulun 1-nə isə 195,2 milyon manat təşkil edib.
Bu illər ərzində “Bank Avrasiya”nın xalis mənfəətində də həm artım, həm də azalma olub. Belə ki, Bank 2015-ci ili 1,1 milyon manat, 2016-cı ili 1,7 milyon manat, 2017-ci ili 3,3 milyon manat, 2018-ci ili 4,7 milyon manat, 2019-cu ili 4,2 milyon manat, 2020-ci ili 1,2 milyon manat, 2021-ci ili 1,6 milyon manat, 2022-ci ili 1,4 milyon manat, 2023-cü ili 5,2 milyon manat, 2024-cü ili 3,2 milyon manat, bu ilin I yarısını isə 4,4 milyon manat mənfəətlə başa vurub.
R.Kərimovun dövründə “Bank Avrasiya”nın filiallarının sayı 1-dən 2-yə yüksəlib. Bank 2016-cı ildə Bakıda ilk filialını açıb. Bundan əvvəl isə onun Sumqayıtda filialı olub.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra ...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...