SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı yeni layihəsinin növbəti qonağı “Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri Həsən Quliyevdir.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

H.Quliyevə gəlincə, o, səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə məxsus olan Azərbaycan bankına 2024-cü ilin fevral ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 19 illik iş təcrübəsinə malikdir. Bunun da 15 ili “Bank of Baku”nun payına düşüb.

H.Qliyevin dövründə “Bank of Baku”nun aktivləri 10% artıb. Əgər ötən il iyulun 1-nə Bank 951,1 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm bu il iyulun 1-nə 1 044,95 milyon manat təşkil edib.

Son 1 ildə "Bank of Baku”nun xalis mənfəətində isə 28%-dən çox artım olub. Ötən ilin I yarısını 11 milyon manat manat mənfəətlə başa vurmuş bank bu ilin eyni dövründən 14,1 milyon manat mənfəətlə çıxıb.

H.Quliyevin dövründə “Bank of Baku”nun filiallarının sayı isə dəyişməyərək 19 qalıb.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra ...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

Prime Leasing