SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Fərid Hüseynov “Kapital Bank”a sədr gələndən sonra...

Fərid Hüseynov “Kapital Bank”a sədr gələndən sonra...

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Kapital Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Fərid Hüseynovdur.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

F.Hüseynova gəlincə isə o, əsas səhmdarı “PAŞA Holdinq” MMC olan Azərbaycan bankına 2023-cü ilin may ayından rəhbərlik edir, bank sektorunda təxminən 24 illik iş təcrübəsinə malikdir. Bunun 14 ili “Bank of Baku” ASC-nin payına düşüb.

F.Hüseynovun dövründə “Kapital Bank”ın aktivləri təxminən 50% artıb. Əgər 2023-cü ilin yekununda Bank 8 810,3 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2024-cü ilin yekununda 11 648,1 milyon manat, bu il iyulun 1-nə isə 12 714,1 milyon manat təşkil edib.

Bu illər ərzində “Kapital Bank”ın xalis mənfəəti isə azalıb. Bank 2023-cü ildə 282,1 milyon manat, 2024-cü ildə 239,2 milyon manat mənfəət əldə edib. Fərid Hüseynov öz müsahibəsində bu azalmanı loyallıq proqramlarının tətbiqi və uzunmüddətli investisiyalarla əsalandırıb. Qeyd edək ki, onun sədrliyi dövründə cari müddətə qədər 229 milyon manat vəsait loyallıq proqramları çərçivəsində keşbek və bonus olaraq müştərilərə geri qaytarılıb. Bank bu ilin I yarısında isə ötən dövrlərlə müqayisədə artaraq 154 milyon manat mənfəət əldə edib.

F.Hüseynovun dövründə “Kapital Bank”ın filiallarının sayı isə cüzi dəyişib. Bu rəqəm 2023-2024-cü illərin yekununda 118, bu il iyulun 1-nə isə 121 olub.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...

- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...

- İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...

- Mehman Məmmədov “Express Bank”a sədr gələndən sonra...

Prime Leasing