Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Express Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Mehman Məmmədovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
M.Məmmədova gəlincə isə o, “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə bağlı Azərbaycan bankına 2020-ci ilin fevral ayından rəhbərlik edir, bank sektorunda təxminən 30 illik iş təcrübəsinə malikdir. Bunun 13 ili indiki iş yerinin payına düşüb.
M.Məmmədovun dövründə “Express Bank”ın aktivləri təxminən 2 dəfə artıb. Əgər 2020-ci ilin yekununda Bank 313,5 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2021-ci ilin yekununda 350 milyon manat, 2022-ci ilin yekununda 437,4 milyon manat, 2023-cü ilin yekununda 563,2 milyon manat, 2024-cü ilin yekununda 622,6 milyon manat, bu il iyulun 1-nə isə 614 milyon manat təşkil edib.
Bu illər ərzində “Express Bank” zərərdən çıxıb, onun mənfəəti həm artıb, həm də azalıb. Bank 2020-ci ili 2,6 milyon manat xalis zərərlə başa vurub, 2021-ci ildə 10,6 milyon manat, 2022-ci ildə 14,5 milyon manat, 2023-cü ildə 13,8 milyon manat, 2024-cü ildə 11 milyon manat, bu ilin I yarısında isə 4,3 milyon manat xalis mənfəət əldə edib.
M.Məmmədovun dövründə “Express Bank”ın filiallarının sayı isə demək olar ki, dəyişməyib. Bu rəqəm 2020-ci ilin yekununda 16, 2021-2022-2023-cü illərin yekununda 15, 2024-cü ilin yekununda 16, bu il iyulun 1-nə isə 15 olub.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...
- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...
- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...
- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...
- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...
- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...