SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...

İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı yeni layihəsinin növbəti qonağı “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin (İH) sədri İqor Okayevdir.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

İ.Okayevə gəlincə isə o, Rusiya kapitallı Azərbaycan bankına 2021-cu ilin noyabr ayından rəhbərlik edir, maliyyə sektorunda təxminən 19 illik iş təcrübəsinə malikdir. Bunun 13 ili “Unibank” ASC-nin payına düşüb.

İ.Okayevin dövründə “Bank VTB Azərbaycan”ın aktivləri təxminən 35% artıb. Əgər 2021-ci ilin yekununda Bank 250,8 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2022-ci ilin yekununda 257,2 milyon manat, 2023-cü ilin yekununda 266,9 milyon manat, 2024-cü ilin yekununda 330,9 milyon manat, 2025-ci ilin ilk yarımilinin yekununda isə 337 milyon manat təşkil edib.

Bu illər ərzində “Bank VTB Azərbaycan”ın xalis mənfəəti də artıb. Bank 2021-ci ildə 2,3 milyon manat, 2022-ci ildə 4,9 milyon manat, 2023-cü ildə 6,3 milyon manat, 2024-cü ildə 7,7 milyon manat, bu ilin I yarısında isə 6,3 milyon manat mənfəət əldə edib.

İ.Okayevin dövründə “Bank VTB Azərbaycan”ın filiallarının sayı isə ümumilikdə 25% artıb. 2021-2022-ci illərin yekununda 4 filiala malik olan Bank bu rəqəmi 2023-cü ilin yekununda 6-ya, 2024-cü ilin yekunda 7-yə çatdırıb, bu il iyulun 1-nə isə 5-ə endirib.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...

- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...

Prime Leasing