SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Aydın Hüseynov “Rabitəbank”a sədr gələndən sonra...

Aydın Hüseynov “Rabitəbank”a sədr gələndən sonra...

  • 01 oktyabr 2025, 12:43

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Rabitəbank” ASC-nin İdarə Heyətinin (İH) sədri Aydın Hüseynovdur.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

A.Hüseynova gəlincə isə o, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev daxil olmaqla müxtəlif fiziki şəxslərə məxsus Azərbaycan bankına 2021-ci ilin may ayından rəhbərlik edir, bank sektorunda təxminən 18 illik iş təcrübəsinə malikdir. Bunun 8 ili indiki iş yerinin payına düşüb.

A.Hüseynovun dövründə “Rabitəbank”ın aktivləri təxminən 18% artıb. Əgər 2021-ci ilin yekununda Bank 1 007,6 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2022-ci ilin yekununda 940,6 milyon manat, 2023-cü ilin yekununda 1 118,2 milyon manat, 2024-cü ilin yekununda 1 122,9 milyon manat, bu il iyulun 1-nə isə 1 188 milyon manat təşkil edib.

Bu illər ərzində “Rabitəbank”ın xalis mənfəəti isə həm artıb, həm də azalıb. Belə ki, Bank 2021-ci ildə 21,4 milyon manat, 2022-ci ildə 6,7 milyon manat, 2023-cü ildə 6,2 milyon manat, 2024-cü ildə 10,6 milyon manat, bu ilin I yarısında isə 6,8 milyon manat mənfəət əldə edib.

A.Hüseynovun dövründə “Rabitəbank”ın filiallarının sayı 26-dan 27-yə yüksəlib. Artım 2022-ci ildə baş verib. Bank 2023-2024-cü illərdə, eləcə də bu ilin I yarısında yeni filial açmayıb.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...

- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...

- İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...

- Mehman Məmmədov “Express Bank”a sədr gələndən sonra...

- Fərid Hüseynov “Kapital Bank”a sədr gələndən sonra...

- Anar Həsənov “Yelo Bank”a sədr gələndən sonra...

- Cavid Quliyev “PAŞA Bank”a sədr gələndən sonra...

Prime Leasing