SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Cavid Quliyev “PAŞA Bank”a sədr gələndən sonra...

Cavid Quliyev “PAŞA Bank”a sədr gələndən sonra...

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “PAŞA Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Cavid Quliyevdur.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

C.Quliyeva gəlincə isə o, “PAŞA Holdinq” MMC-yə Azərbaycan bankına 2022-ci ilin iyun ayından rəhbərlik edir, bank sektorunda təxminən 25 illik iş təcrübəsinə malikdir. Bunun 10 ili indiki iş yerinin payına düşüb.

C.Quliyevin dövründə “PAŞA Bank”ın aktivləri təxminən 3% azalıb. Əgər 2022-ci ilin yekununda Bank 9 217,95 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2023-cü ilin yekununda 8 893,4 milyon manat, 2024-cü ilin yekununda 8 618,6 milyon manat, bu il iyulun 1-nə isə 8 967,3 milyon manat təşkil edib.

Bu illər ərzində “PAŞA Bank”ın xalis mənfəəti isə həm artıb, həm də azalıb. Belə ki, Bank 2022-ci ildə 101,8 milyon manat, 2023-cü ildə 225,7 milyon manat, 2024-cü ildə 218,3 milyon manat, bu ilin I yarısında isə 91,6 milyon manat mənfəət əldə edib.

C.Quliyevin dövründə “PAŞA Bank”ın filiallarının sayı isə dəyişməyərək 3 qalıb.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...

- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...

- İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...

- Mehman Məmmədov “Express Bank”a sədr gələndən sonra...

- Fərid Hüseynov “Kapital Bank”a sədr gələndən sonra...

- Anar Həsənov “Yelo Bank”a sədr gələndən sonra...

Prime Leasing