Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Yelo Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Anar Həsənovdur.
Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.
A.Həsənova gəlincə isə o, rusiyalı milyarder Vahid Ələkbərova məxsus Azərbaycan bankına 2021-ci ilin yanvar ayından rəhbərlik edir, bank sektorunda təxminən 23 illik iş təcrübəsinə malikdir. Bunun 18 ili “Access Bank” QSC-nin payına düşüb.
A.Həsənovun dövründə “Yelo Bank”ın aktivləri 3 dəfədən çox artıb. Əgər 2020-ci ilin yekununda Bank 401 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2021-ci ilin yekununda 541,4 milyon manat, 2022-ci ilin yekununda 804 milyon manat, 2023-cü ilin yekununda 1 553,2 milyon manat, 2024-cü ilin yekununda 1 262,9 milyon manat, bu il iyulun 1-nə isə 1 323,7 milyon manat təşkil edib.
Bu illər ərzində “Yelo Bank” zərərdən çıxıb, onun xalis mənfəəti əsasən artıb. Belə ki, Bank 2020-ci ili 43,7 milyon manat zərərlə başa vursa da, 2021-ci ildə 8,5 milyon manat, 2022-ci ildə 5,6 milyon manat, 2023-cü ildə 14 milyon manat, 2024-cü ildə 42,8 milyon manat, bu ilin I yarısında isə 19,7 milyon manat mənfəət əldə edib.
A.Həsənovun dövründə “Yelo Bank”ın filiallarının sayı isə 2 dəfə artıb. 2020-ci ilin yekununda 11 filiala malik olan Bank bu rəqəmi 2021-ci ilin yekununda 12-yə, 2022-ci ilin yekununda 16-ya, 2023-cü ilin yekununda 18-ə, 2024-cü ilin yekununda 19-a, bu il iyulun 1-nə isə 21-ə çatdırıb.
Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:
- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra...
- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...
- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...
- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...
- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...
- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...
- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...
- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...
- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...
- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...
- İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...