SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Kamran Məcidov “Xalq Bank”a sədr gələndən sonra...

Kamran Məcidov “Xalq Bank”a sədr gələndən sonra...

  • 03 oktyabr 2025, 09:53

Yurd.Media-nın “O, banka sədr gələndən sonra...” adlı layihəsinin növbəti qonağı “Xalq Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Kamran Məcidovdur.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycandakı bankların İH-nə sədrlik edən şəxslərin həmin maliyyə qurumlarının fəaliyyətində nə dərəcədə uğurlu rol oynadığını nümayiş etdirməkdir.

K. Məcidova gəlincə isə o, 3 hüquqi şəxsə məxsus Azərbaycan bankına 2020-ci ilin avqust ayından rəhbərlik edir, bank sektorunda təxminən 23 illik iş təcrübəsinə malikdir. Bunun 17 ili indiki iş yerinin payına düşüb.

K.Məcidovun dövründə “Xalq Bank”ın aktivləri təxminən 48% artıb. Əgər 2020-ci ilin yekununda Bank 2 330,9 milyon manatlıq aktivlərə malik olubsa, bu rəqəm 2021-ci ilin yekununda 2 299,5 milyon manat, 2022-ci ilin yekununda 2 656,1 milyon manat, 2023-cü ilin yekununda 3 047,6 milyon manat, 2024-cü ilin yekununda 3 041,8 milyon manat, bu il iyulun 1-nə isə 3 440,5 milyon manat təşkil edib.

Bu illər ərzində “Xalq Bank”ın xalis mənfəəti artıb. Bank 2020-ci ildə 25,1 milyon manat, 2021-ci ildə 27,9 milyon manat, 2022-ci ildə 28,9 milyon manat, 2023-cü ildə 64,6 milyon manat, 2024-cü ildə 65,9 milyon manat, bu ilin I yarısında isə 26,6 milyon manat xalis mənfəət əldə edib.

K.Məcidovun dövründə “Xalq Bank”ın filiallarının sayı isə dəyişməyərək 30 qalıb.

Yurd.Media-da daha əvvəl “O, banka sədr gələndən sonra...” layihəsi çərçivəsində:

- David Tsiklauri “Access Bank”a sədr gələndən sonra... 

- Amid Qənbərov “AFB Bank”a sədr gələndən sonra...

- Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”na sədr gələndən sonra...

- Kənan Orucov “Azərbaycan Sənaye Bankı”na sədr gələndən sonra...

- Orxan Hüseynov “Azər-Türk Bank”a sədr gələndən sonra...

- Rüfət Kərimov “Bank Avrasiya”ya sədr gələndən sonra...

- Həsən Quliyev “Bank of Baku”ya sədr gələndən sonra...

- Eldəniz Hüseynov “Bank BTB”yə sədr gələndən sonra...

- Tariyel İsmayılov “Bank Respublika”ya sədr gələndən sonra...

- Kamil Lətifov “Premium Bank”a sədr gələndən sonra...

- İqor Okayev “Bank VTB Azərbaycan”a sədr gələndən sonra...

- Mehman Məmmədov “Express Bank”a sədr gələndən sonra...

- Fərid Hüseynov “Kapital Bank”a sədr gələndən sonra...

- Anar Həsənov “Yelo Bank”a sədr gələndən sonra...

- Cavid Quliyev “PAŞA Bank”a sədr gələndən sonra...

- Aydın Hüseynov “Rabitəbank”a sədr gələndən sonra...

- Orxan Qarayev “Turan Bank”a sədr gələndən sonra...

Prime Leasing