2025-ci ildə Azərbaycandakı 22 bankdan 20-si mənfəət vergisi ödəyib.
Yurd.Media xəbər verir ki, bunlardan 5-də sözügedən məbləğ 13 milyon manatdan çoxdur.
Həmin banklar, “Kapital Bank” (86,2 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (82,2 milyon manat), “PAŞA Bank” (52,8 milyon manat), “Bank Respublika” (16,15 milyon manat) və “Xalq Bank”dır (13,8 milyon manat).
Qalan 15 bankın isə mənfəət vergisi ödəmələri 0,9-13 milyon manat arasında olub.
Mənfəət vergisi ödəmiş 20 bankdan 12-də bu göstərici artıb. Ən yüksək dinamika “AFB Bank”da (2,5 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı”nda (2,6%) qeydə alınıb.
8 bankın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (54,7%), ən az azalma isə “Bank Avrasiya”da (6,1%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
- Azərbaycanda 5 bankın depozit portfeli AZALDI - SİYAHI
- Balans kapitalı azalan banklar AÇIQLANDI - SİYAHI
- Bu 3 bankın nizamnamə kapitalı artıb - CƏDVƏL
- Bu bankların əməliyyat gəlirləri 300 milyon manatdan çoxdur - SİYAHI
- Banklar illik faiz gəlirlərini nə qədər artırıb? - CƏDVƏL
- Ötən il bu bankların qeyri-faiz gəlirləri azaldı - CƏDVƏL
- Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
- Azərbaycandakı Türkiyə bankları faiz xərclərini 2 dəfə artırıblar - CƏDVƏL
- Bu bankların illik qeyri-faiz xərcləri 120 milyon manatdan çox oldu - SİYAHI
- Azərbaycanda 7 bankın əməliyyat mənfəəti azalıb
- Ötən il banklar xüsusi ehtiyatlara ayırmalarla nə qədər diqqət yetirib? - CƏDVƏL
- Azərbaycanda 3 bankın gözlənilməz gəlirləri və xərcləri var - CƏDVƏL