SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI

Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI

  • 26 yanvar 2026, 10:13

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin öhdəlikləri 2,2 milyard manatdan çox olub.

Yurd.Media-nın məlumatına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (11 422,2 milyon manat), “Kapital Bank” (10 142,6 milyon manat), “PAŞA Bank” (8 489,5 milyon manat), “Xalq Bank” (2 642 milyon manat) və “Bank Respublika”dır (2 476,3 milyon manat).

Qalan 17 bankdan 6-da öhdəliklər 1,2 - 2,2 milyard manat arasında, 11 bankda isə 0 - 1 milyard manat arasında olub.

Son 1 ildə 22 bankdan 5-nin öhdəlikləri azalıb. Ən çox azalma “Bank VTB Azərbaycan”da (9,2%), ən az azalma isə ABB-də (1,4%) qeydə alınıb.

17 bankın isə öhdəlikləri artıb. Bu baxımdan ən yüksək dinamika “AFB Bank”da (58,4%), ən aşağı dinamika isə “Xalq Bank”da (3,3%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ

- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur

- Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ

- Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları