SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ

Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ

  • 21 yanvar 2026, 10:49

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin kredit portfeli 1,5 milyard manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (6 515,1 milyon manat), “Kapital Bank” (4 765,1 milyon manat), “PAŞA Bank” (3 333,2 milyon manat), “Xalq Bank” (1 802,5 milyon manat) və “Bank Respublika”dır (1 653,6 milyon manat).

Qalan 17 bankdan 3-də kredit portfeli 1-1,5 milyard manat arasında, 13 bankda 0,1-1 milyard manat arasında, 1 bankda isə cəmi 2,3 milyon manat olub.

Son 1 ildə 22 bankdan 3-nün – “Bank BTB”, “Xalq Bank” və “Azər-Türk Bank”ın kredit portfeli azalıb. Müvafiq olaraq 1,6 %, 2,4% və 2,6%.

19 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “AFB Bank”da (63,4%), ən aşağı dinamika isə “Bank Avrasiya”da (0,3%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ

- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları