Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (3 295,1 milyon manat), “PAŞA Bank” (2 596,1 milyon manat), “Kapital Bank” (2 570,9 milyon manat), “Xalq Bank” (218,1 milyon manat) və “Azər-Türk Bank”dır (189,8 milyon manat).
Qalan 17 bankdan 2-də qiymətli kağızlara investisiyalar 100-150 milyon manat arasında, 11 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 1-10 milyon manat arasında olub.
2 bankın isə kapital bazarına investisiyaları olmayıb.
Son 1 ildə 22 bankdan 10-nun qiymətli kağızlara investisiyaları azalıb. Ən çox azalma “Bank BTB”də (100%), ən az azalma isə ABB-də (6,8%) qeydə alınıb.
11 bankın isə kapital bazarına investisiyaları artıb. Ən yüksək dinamika “Premium Bank”da (16,6 dəfə), ən aşağı dinamika isə “Rabitəbank”da (2,3%) qeydə alınıb.
Bazar iştirakçılarından birinin – “Azərbaycan Sənaye Bankı”nın son 1 ildə qiymətli kağızlar bazarına investisiyaları olmadığı üçün dinamikanı hesablamaq mümkün olmayıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ