SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ

Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ

  • 19 yanvar 2026, 09:04

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.

Yurd.Media-nın məlumatına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (13 626,9 milyon manat), “Kapital Bank” (11 320,9 milyon manat), “PAŞA Bank” (9 407,3 milyon manat), “Xalq Bank” (3 184,5 milyon manat) və “Bank Respublika”dır (2 725,7 milyon manat).

Qalan 17 bankdan 7-də aktivlər 1 - 2,5 milyard manat arasında, 10 bankda isə 0,1 - 1 milyard manat arasında olub.

Son 1 ildə 22 bankdan 3-nün – “Kapital Bank”, “Bank BTB” və “Bank VTB Azərbaycan”ın aktivləri azalıb. Müvafiq olaraq 0,5%, 1,7% və 3,4%.

1 bankın – ABB-nin aktivləri demək olar ki, dəyişməyib.

18 bankın isə aktivləri artıb. Bu baxımdan ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (48,5%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları