Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin vaxtı keçmiş kreditləri 60 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (297,8 milyon manat), “Kapital Bank” (158,2 milyon manat), “PAŞA Bank” (84,8 milyon manat), “Access Bank” (73,2 milyon manat) və “Ziraat Bank Azərbaycan”dır (63,6 milyon manat).
Qalan 17 bankdan 15-də problemli kreditlər 10-60 milyon manat, 2 bankda isə 1-10 milyon manat arasında olub.
Son 1 ildə 22 bankdan 5-nin vaxtı keçmiş kreditləri azalıb. Ən çox azalma “Premium Bank”da (35,1%), ən az azalma isə “Bank Avrasiya”da (6,8%) qeydə alınıb.
17 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Azərbaycan Sənaye Bankı”nda (93,8%), ən aşağı dinamika isə “Xalq Bank”da (0,8%) qeydə alınıb.

Yurd.Media-nın bankların 2025-ci ilin göstəriciləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Azərbaycanda 5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - RENKİNQ
- Azərbaycanda 5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur